Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edilib. Müraciətdən dərhal sonra nazirlik aiddiyyəti üzrə işçilərini hadisə yerinə yönləndirib.
Araşdırmanın nəticəsi barədə açıqlama verən ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları hadisənin baş verdiyi əraziyə baxış keçirib: \”Əməkdaşlarımız faktı araşdırarkən Novxanı bağlar massivində formalaşan çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasını müəyyən ediblər. Faktla bağlı \”Bağlar Sukanal\” İdarəsinin rəisi İlqar Abdullayev İnzibati Xətalar məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub. Aşkar olunmuş ekoloji pozuntunun aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli məcburi göstəriş verilib\”. (report.az)
İnterpress.az