Bu sözləri müsahibəsində Avstriyanın \”Vayner Akademiya\” Kamera Orkestrinin dünya şöhrətli dirijoru Martin Heselbök deyib.
Avstriyanın elm və incəsənətinə xidmətə görə Şöhrət Xaçı, Praqada V.A.Motsart, Macarıstanda F.List mükafatlarına layiq görülən Martin Heselbök azərbaycanlı musiqisevərlərə və Qəbələnin gözəl təbiətinə heyran qaldığını bildirib: \”Ölkənizi çox sevirəm. Rəhbərlik etdiyim ansambl ötənilki Qəbələ festivalında da uğurla çıxış etmişdi. Qəbələ səhnəsindəki iki saatlıq konsertimizdən sonra tamaşaçıların ayaq üstə davamlı olaraq alqışlaması bizi yaxşı mənada təəccübləndirmişdi. O anları yenidən yaşadığımız üçün xoşbəxtik\”.
Martin Heselbök festivalın təşkilatçılarını belə bir uğurlu layihə münasibətilə təbrik edərək deyib: \”Burada konsertlər çox möhtəşəm keçir. Belə musiqi festivalı ilə hər bir ölkə fəxr edə bilər. Bəzi Avropa ölkələrində bu cür, yəni açıq havada möhtəşəm festival hələ də yoxdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya festivalın təşkilinə görə minnətdarlığımı bildirirəm\”. (milli.az)
İnterpress.az