Britaniyalı deputat Edvard Qarnye FETÖ təşkilatından Türkiyənin ünvanına tənqidi fikirlər səsləndirməsi üçün 115 994 funt sterlinq rüşvət alıb. Bu barədə Times qəzetinin müxbiri Hanna Luçinda Smit öz məqaləsində məlumat verib.
O qeyd edib ki, Jurnalist və Yazıçılar Fondu Qarnyeyə müraciət edərək \”Türkiyədə insan haqlarına hörmət və qanunun aliliyi\” adlı hesabat hazırlamağı tapşırıb. Həmin fondun təsisçisi və fəxri sədri Fətullah Güləndir.
Qarnye, öz növbəsində, FETÖ ilə əlaqəsinin olmadığını, məruzəni İngiltərənin müstəqil hüquqşünaslarının rəyləri və faktları əsasında hazırladığını bildirib. (milli.az)
İnterpress.az