Dərmanların ilkin ekspertizası üçün tarif təsdiqlənibbackend

Dərmanların ilkin ekspertizası üçün tarif təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 4.2 maddəsində dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərinin ilkin ekspertizasının aparılmasına dair müqavilənin bağlanılması və bu müqavilə əsasında rüsumun ödənilməsi nəzərdə tutulsa da, bu prosedura 2016-cı ilə qədər riayət olunmurdu. Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası ilə danışıqlar aparılıb və ilkin ekspertizanın aparılması üçün tarif təsdiq olunub.

Farmakonəzarət xidmətinin yaradılması məqsədi ilə müvafiq qaydalar işlənilib, bu sahə üzrə işləyəcək mütəxəssis xarici ölkəyə təlimə göndərilib. Hazırda dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının elektron sisteminin yaradılması istiqamətində tədbirlər hazırlanır. Bununla yanaşı, dünyanın bir sıra iri dərman istehsalçılarının zavodlarına baxışların keçirilməsi üçün səfərlər təşkil edilmiş, Qazaxıstanın «Dərman vasitələri, tibbi avadanlıq və tibbi ləvazimatlarının Milli Ekspertiza Mərkəzi» ilə əməkdaşlıq memorandumu hazırlanıb.

2016-cı ilin mart ayından Mərkəzdə “Bir pəncərə” xidməti fəaliyyətə başlamış, müasir texnoloji-innovativ bilik və bacarıqların praktiki əldə olunması məqsədilə ümumilikdə 30-dan çox əməkdaş yerli və beynəlxalq təlimlərdə iştirak edib. Mərkəzin struktur quruluşu təkmilləşdirilmiş, strateji planı təsdiqlənib. Həmçinin Mərkəzin tamamilə yenilənmiş rəsmi elektron saytı (www.pharma.az) sahibkarların və əhalinin istifadəsinə verilib. Yeni tətbiq olunan axtarış sistemləri vasitəsilə dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş qiymətləri, aptek təşkilatları barədə məlumatlar əldə edilə bilər. Gələcəkdə kargüzarlıq işlərinin daha operativ aparılmasını təmin etmək məqsədilə elektron kargüzarlıq sisteminin yaradılması üçün işlər görülür. (publika.az)

İnterpress.az