”Yeni Müsavat”ın baş direktoru Müsavat Partiyasından istefa verdiyini bildirdibackend

”Yeni Müsavat”ın baş direktoru Müsavat Partiyasından istefa verdiyini bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”21 ildir Müsavat Partiyasının üzvüyəm. Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, mən də istefa verə bilərəmmi? Bu qədər yol qət etiyin, heç nə etməsən belə təssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?

Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Amma mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam ki.

Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!\”.

Qeyd edək ki, Müsavat başqanı A.Hacılı mediaya verdiyi müsahibədə \”Yeni Müsavat\” qəzetinin baş redaktoru Rauf Arifoğlu barədə xoşagəlməz sözlər işlədib. Bu isə \”Yeni Müsavat\” qəzetində çalışan müsavatçılarda kəskin reaksiya doğurub. (musavat)

İnterprerss.az