Azyaşlıları siqaret və ya spirtli içki almağa  göndərmək olarmı?backend

Azyaşlıları siqaret və ya spirtli içki almağa göndərmək olarmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ən azı 10 ailədən 3 və ya 4-ü azyaşlı və ya məktəbli övladlarını marketlərə siqaret və ya spirtli içki almağa göndərirlər.
Bəs görəsən bu nə dərcədə doğrdur? Başlanğıcda təbbi ki, yanlış bir addımdır.

İnterpress.az mövzunu Psixoloq Vəfa Əkbərlə detallarına aydınlıq gətirib. V.Əkbər bildirir ki, az yaşlı uşaqlaı siqaret və ya spirtli içki alamağa göndərmək düzgün deyil:

\”Bu get-gedə uşaqların marağ dairəsinə səbəb olur. Zamanla asılılıq yaradır. Düşünürlər ki, valideynlərimiz bu məhsullardan istifadə edir, amma bizə -övladlarına icazə vermirsə, demək ki, bu çox əyləncəlidir nəsə maraqlıdır. Zaman keçdikcə uşaqlar da siqaretin özünə olmasa da qutusunu, spirli içkilərin şüşəllərini oyunacaq kimi istifadə edəcklər. Təbii ki, daha sonra artıq bu məhsulların özünə maraq yaranır. Və valideyn görəndə ki, övladı tütün məhsuluna və ya spirtli içkiləri istifadə etmək niyyətindədir və bu zaman övladına fiziki zoraklıq, şiddət , təziq edir. Təbbi ki, bu da birmənalı yol verilməzdir\”.

Bəs uşaqları neçə yaşdan sonra göndərmək olar?

Psixoloq bildirir ki, yeni yetmeliyi keçmiş, gəncliyə addım atam vaxtı – yəni özü hər şeyi dərk edən yaş dövründə göndərməyi məqbul saymaq olar:

\” Düzdür ümumilikdə yaxşı olardı ki, uşaqlar bu zərərli məshulları almaq üçün marketlərə göndərilməsin. Olarsa da dediyimiz kimi gənclik dönəmində göndərmək olar”.

Gülşanə Mustafayeva
İnterpress.az