Yaxşı həkimlərin Azərbaycandan çıxıb getmə təhlükəsi varbackend

Yaxşı həkimlərin Azərbaycandan çıxıb getmə təhlükəsi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda kifayət qədər yaxşı tibbi kadrlar var: \”Bunu etiraf etməliyik. Əgər 10 il bundan əvvələ nəzər salsaq, görərik ki, ölkədə bu sahədə fəaliyyət göstərən xarici mütəxəssislərin sayı nə qədər azalıb.

Bütün klinikalar 10-15 il əvvəl yalnız xarici həkimləri reklam edirdilər, indi isə reklam olunanlar hamısı özümüzünkülərdir. Başqa ölkələrdə təhsil alan, yüksək səviyyəli həkimlərimiz də çoxdur. Lakin bu gün səhiyyə sistemində məni daha çox narahat edən həkimlərin əmək haqqı məsələsidir. Məsələn, Türkiyə dövləti əcnəbi həkimlər üçün məhdudiyyəti aradan qaldırıb.

İndi Türkiyə öz vətəndaşı olmayan, amma Türkiyə diplomlu həkimlərin hamısını öz dövlət klinikalarında işə dəvət edir və onlara yüksək maaş verir. Ona görə də bizim Türkiyədə təhsil alan uzman həkimlərimiz burada həmin maaşı almayanda ölkədən çıxıb gedə bilərlər\”.
Ona görə də komitə sədrinin müavinin fikrincə, bununla bağlı təcili tədbirlər görülməlidir: \”Biz mütləq bu barədə düşünməliyik. İstər dövlət, istərsə də özəl klinikalarda bununla bağlı məsələ həllini həllini tapmalıdır\”. (saglamolun.az)

İnterpress.az