İnterpress.az.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əsas təkandan sonra 7-yə qədər afterşoklar olub.
Q.Yetirmişli qeyd edib ki, həmin ərazi güclü seysmik zona olmasa belə tarixən burada güclü zəlzələlər baş verib:
\”Dünən baş verən güclü zəlzələ respublikanın əksər rayonlarında hiss olunub. Dağıntıların az olmasına səbəb isə zəlzələnin dərində baş verməsi olub.
Zəlzələ nə qədər dərində olsa, güclü də olsa, onun hiss etmə arealı böyük olur, episentirdə isə fəsadları az olur. Dünənki zəlzələ təqribən 28 km dərinlikdə baş verib. Əgər zəlzələnin dərinliyi az olsaydı fəsadları çox olardı\”.
İnterpress.az