Bu açıqlamanı İnterpress.az-a keçmiş müsavatçı, hazırda isə \”Ağ Partiya\” Başqanı Tural Abbaslı verib: \”Bilindiyi kimi Qurultaydan sobra Müsavatda problemlər baş qaldırdı. Bu problemlərin səbəbu nə olur olsun, yəni haqqlı və ya haqqsız Arif Hacılı bu məsələləri həll etməyə borclu idi. Ancaq biz əvvəldən də demişdik və bunu zaman da göstərdi ki, o problemləri həll edə biləcək siyasi məharətlərə malik deyil. Təəssüf olsun ki, yaranmış problemlərin həlli əvəzinə Arif Hacılı yeni problemlər yaratmağa davam edir. Qurultaydan sonra partiyadan xeyli nüfuzlu insanlar yalnış siyasətə etiraz olaraq uzaqlaşdı. Partiya demək olar ki, sektordakı bütün dostlarını itirdi.Əslində \”Yeni Müsavat\” da itirilmiş dostlar siyahısındadır.Azərbaycanın ən oxunan qəzetiylə düşmənçilik heç bir partiyaya uğur gətirə bilməz.Artıq partiyadan iki nəfərin istefa verməsi də dediklərimizin sübutudur.\”
İnterpress.az