İnterpress.az Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqust ayının 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ölkədə 4 849 aktiv zəlzələ ocağı qeydə alınıb:
\”2016-cı il avqustun 1-nə olan proqnoza görə, Azərbaycanda 4 849 zəlzələ qeydə alınıb. Ən aktiv zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır. Bir müddət əvvəl Şamaxıda Pirqulu ərazisində bir gün ərzində də 93 təkan qeydə alınmışdı\”.
Q.Yetirmişli ötən il ərzində qeydə alınan təkanlardan da danışıb:
“Ötən ilin ötən dövrü ərzində 3 və 3 baldan yuxarı olan 57 təkan olub: Baş verən zəlzələlərdən 10-u hiss olunub”.
Onun sözlərinə görə, indiyə kimi baş verən zəlzələlərin hamısı zəif təkanlardır. Q.Yetirmişli qeyd edib ki, bir həftə öncə Pirqulu ərazisində bir gündə 93 zəif təkan baş verib. Ötən gün baş verən zəlzələdən sonra İmişlidə xırda təkanlarla enerji boşalması gedir:
“Seysmik cəhətdən zəif olan İmişlidə təkanlar olmayıb. Saatlı, Sabirabadda, İmişlidə tarixən güclü zəlzələlər baş verib. Ancaq müəyyən dövrdə seysmik cəhətdən zəif hesab olunan zonada da güclü təkanlar baş verir”.
İnterpress.az