Bu sözləri İnterpress.az-a açıqlamasında millət vəkili, Araz Əlizadə bildirib. Son zamanlar Müsavat Partiyasında olan çəkişmələr, ən son da Rauf Arifoğlu ilə Arif Hacılı arasında yaşanan gərginlik və bundan sonra “Müsavat” qəzetin baş direktoru Ələsgər Süleymanov və yazarı Elşad Paşasoy da Müsavat partiyasından istefası nəyin göstəricisidir? Arif Hacılı Müsavat Partıyasının sonunu gətirdimi? sualını şərh edən millət vəkili Araz Əlizadə: \”Müsavat Partiyasının əvvəli vardı ki, axırıda olsun?!. deyərək partiyanın fəaliyyətini və Arif Hacılını sərt dillə tənqid edib.
Müsavat Partiyasına gələnlər kabab iyinə gələnlər idi
Araz Əlizadə açıqlamasını bu sözlərlə davam etdirdi: \”Müsavat Partiyasına gələnlər kabab iyinə gələnlər idi, amma gəlib gördülər ki, eşşək dağlıyırlar. İndi də bir-biri ilə vuruşurlar. Rauf Arifoğlunu kimsə nədəsə ittiham edə bilər, amma Arif Hacılı yox!”.
A.Əlizadə Arif Hacilini Rauf Arifoğlunun təslim olması iddiasına isə belə münasibət bildirib:
“Bu Həmin Arif Hacılıdır ki, çıxışlarının birində demişdir ki, biz 8 dövlətin razılığı ilə hakimiyyətə gəlmişik. Yəni xaricə işləyib, vətənə, hakimiyyətə xəyanətini özü etiraf edib.
Gülşanə Mustafayeva
İnterpress.az