Belə ki, iyulun 27-də saat 11 radələrində Yalçın Ramazanov tanışı Nəzrin Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə, özünü Qaz istismarı idarəsinin əməkdaşı kimi təqdim etməklə qanunsuz mənzilə daxil olaraq, hücuma məruz qalmış Tatyana Alimovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə, sonuncunun əllərini və boğazını yapışqan lentlə bağlayıb yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə basqın edib evdə olan qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində Yalçın Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
İnterpress.az