Artıq günlərdir ki Musavat Partiyasındakı gərginlik səngimək bilmir.
Partiya sədri Arif Haclının “Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu iqtidara meyillilikdə ittiham etməsi qarşı tərəfin sərt cavabı ilə nəticələndi. Rauf Arifoğlu Arif Haclını nələrdə ittiham etmədi…
Əslində Musavat Partiyasında nələr baş verir?
Bu gün İnterpress.az informasiya agentliyi bu sualla politoloqlara, tanınmışlara müraciət edib. Növbəti müsahibimiz isə Müasir Musavt Partiyasının sədri, “Azərbaycanın Jirnoviskisi” adlanan Hafiz Hacıyevdir:
-Əslində Musavat Partiyası bu ada saxta yolla yiyələnib. Qəmbərov İsanın Musavat Partiyası Elçibəy hakiiyyətini yıxan bir partiya oldu. Elçibəy hakimiyyəti dövründə ikitirəlik yaradan da Qəmbərov İsa oldu.
O zaman Musavat Partiyasını yaradan Qəmbərov İsa deyirdi ki, hamınız bizim partiyaya yazılın ki, o tərəfdə adam az olsun. Yəni Qəmbərov İsa ömrü boyu parçalama mövqeyini tutdu və Elçibəy hakimiyyətini çökdürdü. Çünki Qəmbərov İsa xarici kəşviyyata işləyən bir adam olub. O, istəməz ki Azərbaycanda sülh və sabitlik olsun.
Onun son illər gözdən düşməsində şəxsən mənim xüsusi xidmətləim var. Bunu gizlətmirəm. Onun xəyanətlərinin üstünü açdım bu da onun nüfuzdan düşməsinə səbəb oldu. Mən düz elədim bunu.
Biz Qəmbərov İsanı vurub sıradan çxartdıq, bu gün artıq Azərbaycanda Qəmbərov İsa yoxdu.
İsa Qəmbər nüfuzdan düşdüyünü, siyasi çöküşünü anladı və Musavat Partiyasını etnik tərkibli, qeyri azərbaycanlıya, Arif Hacılıya verdi.
Əslində bu partiyada çox hörmətli ziyalılar var idi. Vurğun Əyyub, Sülhəddin Əkbər kimi. Bunların hamısı gördü ki, Arif Hacılı alverlə məşğuldu, çıxıb getdilər.
Əslində Arif Haclının alverlə məşğul olduğunu və öz partiyadaşlarını hansı mülklərə, sərvətlərə satdığını mən ifşa etdim.
Arif Haclıya, şəhərin kənarında, novxanıda, Binəqədi rayonunun keçmiş icra başçısı böyük villa tikdirib. Hamısını apardım ora, dedim qapının zəngini basın, görün, içəridən kim çıxacaq. Gözləri ilə gördülər və inandılar.
Üstəlik, şəhərin mərkəzində Arif Hacılıya 4 otaqlı mənzil verilib.
Arif Hacılı danışıqlara gedib silahdaşlarını belə mülklərə satıb. Arif Haclının qardaşının yoldaşını tibb universitetində kafedra müdiri etdilər. Bütün bunları görən partiya yoldaşları ondan üz döndərdilər. Söz yox, ki, bütün binları onlara dedim, anladtım, onları mən maarifləndirdim.
İndi Musavat Partiyasında iki -üç nəfər adam qalıb.
Qəmbərov İsa da orada oturduğu yerdən çıxmayıb.
Orda bir kreslosu, br bir də köhnə şahmatı var. Bir iki qoca, avara adam qalıb Musavatda, onlarla bütün günü şahmat oynayır”.
H.Hacıyev Rauf Arifoğlunun ittihamlarının haqlı olduğunu da vurğuladı:
“Musavat Partiyasını partiya edən Rauf Arifoğlu idi, onun qəzeti idi. Rauf Arifoğlu da gördü ki, bunlar satılıb, o, da özünə konkret mövqe tutdu və öz yolu ilə getməyə başladı. Arif Hacılının Raufu qınamağa, ittiham etməyə haqqı yoxdur. Rauf Arifoğlu dövlətə xidmət edən adamdır. O, gördü ki, İlham Əliyev dövlətin qorunub saxlanamsında çox böyük xidməti var, ona görə də bu yolu seçdi.
Mən Elçibəyə xəyanət edən hər kəsin maskasını yırtdım, o cümlədən Qəmbərov İsanın və Arif Haclının.
Əslində Məmməd Əmin Rəsulzadənin ideyaları üzərində qurulan partiya Müasir Musavat Partiyasıdır. Odur ki, Qəmbərov İsanın Musavat Partiyasının lisenziyası ləğv edilməlidir”.
İnterpress.az