Havaların isti keçməsi ilə əlaqələndirilən bu “ənənə” valideynlərin istəyi ilə yanaşı, bir çox hallarda poliklinika həkimləri tərəfindən də söylənilir.
Bəs bu düzdürmü ?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)direktor müavini Afaq Əliyeva bunun tamamilə yanlış olduğunu bildirib. O qeyd edib ki, peyvəndlər il boyu, fəsildən asılı olmayaraq vurulur.
“Yayda uşaqların peyvənd edilməməsi ifadəsi yanlışdır. Peyvənd təqvimə uyğun, uşağın aylığı və yaşı nə zaman tamam olursa, o zaman vurulur. Bəzən valideyn hər hansı səhvə yol verir, uşağı vaxtında peyvəndə aparmır. Lakin peyvəndlərin yay fəslində vurulmaması kimi qayda, qanun yoxdur. Peyvənd il boyu, fəsildən asılı olmayaraq aparılır”.
A.Əliyeva qeyd edib ki, yay fəslində heç bir poliklinikada uşaqalar peyvəndən kənarda saxlanılmır. “Hansısa valideyn əgər yay aylarında uşağını peyvəndə aparmırsa, bu, qanunauyğunluq demək deyil. Statistika göstərir ki, il boyu uşaqlara peyvəndlər vurulur. Yayda ola bilsin ki, valideyn evdə olmur, bağa və ya istirahətə gedir. Yalnız belə hallarda hansısa uşağın peyvəndi yubana bilər”. (azvision)
İnterpress.az