Sabir Rüstəmxanlı: “Bütün partiyalarda istefalar olur, amma…”-AÇIQLAMAbackend

Sabir Rüstəmxanlı: “Bütün partiyalarda istefalar olur, amma…”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

VHP sədri İnterpress.az-a verdiyi açıqlamada Musavat Partiyasında baş verən istefaları ardıcıl izləyə bilmədiyini, lakin bütün hallarda parçalanmaların və ittihamların xalqın birliyinə müsbət təsir etmədiyini bildirdi: “Yaydı, Azərbaycandan kənarda oluram, ona görə də bütün bu münaqişəni ardıcıl olaraq izləyə bilmirəm.

Amma onu deyim ki, bütün partiyalarda belə ayrılmalar olur, bunu bu qədər şişirtmək lazım deyil. Köhnə dostların, yoldaşların bir-birinə ittihamını da normal hesab eləmirəm. Çünki bütün partiyalarda belə istefalar olur. Bunun mətbuat mövzusu olmasını da istəməzdim.

Çox təəsüf ki, son 25 ildə, torpaqlarımızın bir hissəsi işğal olunduğu halda, dünyanın bizə qarşı ədalətsizliyinin şahidi olduğumuz, çox ciddi sınaqlardan keçdiyimiz dövrdə, adamlarımız birləşmək, düşmənə qarşı çiyin-çiyinə dayanmaqdansa, bir birimizi ittihamlarla məşğul olmuşuq.

Bir dövlət qurmuşuq, bu dövlətdə hakimiyyətlə razılaşmadığımız məqamlar çoxdur. Buna baxmayaraq, hakmiyyətlər dəyişir, o psixologiyalar isə dəyişmir. Kim hakmiyyətə normal barışdırcı mövqe təklif edirsə, kim bir az yumşaq yazırsa, onu hakimiyyətlə işbirliyində ittiham edirlər.

Bu hakmiyyət də, əslində bizimdir. Bu hakmiyyətlə işbirliyi vasitəsilə islahatlara nail olmaq mümkündür, nəinki kənardan dayanıb, radikal çıxışlar etməklə. Çünki bu işbirliyi ortaya, xalqımız üçün daha yaxşı faydası olan nəticələr ortaya qoya bilər\”.

İnterpress.az