Bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
“Gözlənildiyinə görə, Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani beynəlxalq və regional siyasət məsələlərini, əməli əməkdaşlığın, ələlxüsus da energetika və nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər”, – məlumatda deyilir.
Rusiya prezidentinin administrasiyasından bildirilib ki, belə formatda görüş ilk dəfə keçiriləcək.
“Bakı səfəri çərçivəsində Rusiya prezidentinin Azərbaycan və İran liderləri ilə ayrıca ikitərəfli görüşləri də planlaşdırılır”, – Kremlin məlumatında deyilir.(virtualaz.org)
İnterpress.az