Bu sözləri Xırdalanda müvəqqəti məskunlaşan, Kəlbəcər rayonundan məcburi köçkün olan Əlifova Brilyant Sabunçu rayon 3 saylı şəhər xəstəxanasında şikayət edərkən deyib.
Şikayətçi bildirib ki, qızının vəziyyəti çox pisdir, hər an 6 aylıq uşaq qarnında ölər, qızın da qanına zəhər keçər: “Ən çox qorxduğumuz odur ki, qızımın qarnındakı uşaq öləcək və qızımın qanına zəhər keçəcək.
Təzyiqi də qalxıb. Vəziyyəti çox pisdir. Biz neyləyək axı? Qalmışıq çarəsiz ? Qızım indi evdə pis vəziyyətdədir. Hər an qanaxma ola bilər. Uşaq qarnında ölsə zəhərlənmə bədəninə keçəcək özü də öləcək. Dərmanlar atmaqdan halı pisləşir. Şok yarana bilər. Qalmışıq çarəsiz, heç bir köməyimiz yoxdur.”-deyə o qeyd edib.
Məsələ ilə bağlı 3 saylı şəhər kliniki xəstəxananın doğum şöbəsinin müdiri ilə əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı. (modern.az)
İnterpress.az