Mitinqə “Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aslamazyan rəhbərlik edib. O, çıxışında silahlı qrupun üzvlərinin tezliklə azad olunacaqlarına və yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini bildirib.
O əlavə edib ki, mitinq planlı şəkildə keçirilmir və istəyən şəxs mikrofona yaxınlaşaraq çıxış edə bilər.
Çıxış edən “Missiya” partiyasının nümayəndəsi Manuk Sukiasyan “İrs” partiyasının sədr müavini Armen Martirosyan, partiya üzvü David Sanasaryan və politoloq Andrias Qukasyanın həbsinin təfərrüatlarını açıqlayıb.
Çıxış edən müxalifətçi “Təsis parlamenti” hərəkatının üzvləri Jirayr Sefilyan və Alek Yeniqomşyanın azadlığa buraxılmasını tələb edərək müddətsiz aclıq aksiyası elan edib.(apa)
İnterpress.az