Bu sözləri \”Qarabağ\”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında \”Viktoriya\”ya ilə bərabərə (1:1) qalaraq, mübarizəni Avropa Liqasında davam etdirməli oldu.
\”Uşaqlar çox əziyyət çəkdilər. Çoxdandı stadionda belə ab-hava da yox idi. Şükürlər olsun, futbolçular bu gün yaxşı mübarizə apardılar. Nə demək olar? Bu gün qismətimizdə qələbə qazanmaq yox idi. Komandadan, hər bir futbolçudan razı qaldım\” – deyə, Qurbanov bildirib.
\”Əlbəttə, çatışmazlıqlar var. Düşünürəm ki, əlimizdə olan materiallardan maksimum yararlanmalıyıq. Bu oyunu yaddan çıxarmaq çətin olacaq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün çox böyük şans idi. Çalışıb bu oyunu yaddan çıxarmalı, Avropa Liqasına hazırlaşmaq lazımdı\”. (apa)
Interpress.az