Sarkisyan üzr istədibackend

Sarkisyan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, Sarkisyan İrəvandakı polis binasını tutan silahlı qrupu məramlarını vətənpərvər şüarlar və sosial ədalət çağırışları altında gizlədən terrorçular adlandırıb. O deyib ki, məsələ ilə bağlı hərtərəfli istintaq aparılmalıdır. Prezident bildirib ki, hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir.

O, vəziyyətin yoluna qoyulmasında göstərdikləri soqyuqqanlılıq və böyük işə görə hüquq-mühavizə orqanlarına təşəkkür bildirib. Prezident həmçinin iyulun 29-30-da Sari Tax rayonunda baş verən zorakılıqlara görə jurnalistlərdən üzr istəyib. Həmin vaxt polislə toqquşmalarda jurnalıistlər də daxil olmaqla 60 nəfər xəsarət alıb.

Qeyd edək ki, “Sasna Tsrer” qrupunun bir sıra silahlı üzvləri iyulun 17-də İrəvandakı polis binasını zəbt etmişdilər. Onlar prezident Sarkisyanın istefasını və müxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər. Qarşıdurmada 2 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb. Silahlı dəstənin binada qalan 20 üzvü iyulun 31-də könüllü təslim olub. Həmin günədək binanın ətrafında onlara dəstək aksiyaları keçirilirdi. (publika.az)

İnterpress.az