Bunu açıqlamasında politoloq Qabil Hüseynli Rusiya prezidenti Vladimir Putinin və onun iranlı həmkarı Həsən Ruhaninin Bakıya səfərini şərh edərkən deyib.
O bildirib ki, Ermənistandakı indiki kritik vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin gedişində yeni təkliflər ola bilər:
“Ermənistanın bu gün qiyam əhval ruhiyyəsində olması əslində danışıqları prosesində Azərbaycanın üstünlüyü deməkdir. Prezidentlərin bu dəfə ki görüşündə Qarabağ danışıqlarında yeni irəliləyiş ola bilər.
Ola bilsin ki, yeni təkliflər bizi qane etməsin”.
Ekspert qeyd edib ki, münaqişənin həllində Rusiya bir çox məsələləri müəmmalı saxlayır:
“Rusiya hər zaman manevr etdiyinə və Dağlıq Qarabağ münaqişəsinin ipi onun əlində olduğuna görə əslində biz sülh yaratma prosesindən bixəbərik. Düzdür müəyyən məsələlərdə məlumatımız var. Amma ümumilikdə proseslərin gedişini Rusiya müəmmalı saxlamağı sevir.
Bu baxımdan bizim “Rusiya münaqişənin həllində hər zaman Ermənistanın tərəfini tutur” deməyə haqqımız var”.
Qabil Hüseynli hesab edir ki, Putin bu dəfə Bakıya yeni təkliflərlə gələcək:
“Güman edirəm ki, Putin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflər gətirəcək”.
Xatırladaq ki, avqustun 8-də Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Bakıya səfər edəcəklər.
Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək prezidentlər beynəlxalq gündəlikdə olan məsələləri, energetika və nəqliyyat sahəsindəki tərəfdaşlıq imkanlarını müzakirə edəcəklər. (modern.az)
İnterpress.az