ABŞ Tehrana 400 milyon ödədibackend

ABŞ Tehrana 400 milyon ödədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Wall Street Journal”-da sensassion məlumat dərc olunub.

Məlumatda deyilir ki, ABŞ hökuməti sözügedən vəsaiti bu ilin yanvar ayında İrana göndərib və bu barədə məlumat gizli saxlanılır. Bu qədər vəsaitin əvəzində isə İran dövləti saxladığı 4 ABŞ vətəndaşını sərbəst buraxıb. İranda saxlanılan ABŞ vətəndaşları arasında “Washington Post” qəzetinin müxbiri Jason Rezaian da var.

İddialara görə, İranda dollar istifadəsi qadağan edildiyi üçün, ABŞ-ın ödədiyi vəsait avro və İsveçrə valyutası ilə ilə hesablanıb.

Xatırladaq ki, ABŞ-ın xarici işlər naziri Con Kerri isə ölkəsinin İrana ödəyəcəyi 1,7 milyard dollar vəsaitinin səbəblərinin ayrı məsələ olduğunu deyib.

C.Kerri 1981-ci ildə İranın hərbi təyyarə almaq üçün ABŞ-a 1,7 milyard dollar vəsait ödədiyini və ancaq bu müqavilə həyata keçmədiyi üçün sazişin dondurulması müqavilində 400 milyon dollar faiz hesablandığını bildirib. (publika.az)

İnterpress.az