\”New Straits Times\” xəbər verir ki, İsveçrənin Vaadt kantonunun (vilayəti) məhkəməsi Küveytin Beynəlxalq Olimpiya Komitəsinə (İOC) qarşı iddiasını təmin etməyib.
İOC ərəb ölkəsini idmana siyasi müdaxilə səbəbindən olimpiadadan kənarlaşdırıb. İdmançılar Küveytin yox, beynəlxalq idman federasiyaları icazə verəcəkləri təqdirdə, neytral bayraq altında çıxış edə bilərlər.
Ərəblər İOC-dan komandanın olimpiadaya bərpası və mənəvi ziyanın qarşılığı olaraq, 886 milyon dollar ödəməsini tələb ediblər. Lakin məhkəmə buna rədd cavabı verib. İndi Küveytin 30 gün ərzində daha yuxarı instansiyaya şikayət etmə hüququ var.
Qeyd edək ki, \”Rio-2016\” avqustun 5-də start götürəcək. (publika.az)
İnterpress.az