Bəlli oldu ki, Müsavat rəhbərliyi çox dəyaz və naşükür imiş…backend

Bəlli oldu ki, Müsavat rəhbərliyi çox dəyaz və naşükür imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Adını çəkdiyim insanlar həyatlarının 20 ildən çoxunu bu partiyaya sərf ediblər və bu partiyanın inkişafına yönəldiblər”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Rauf Arifoğlu Müsavat partiyasının bərpası ilə bağlı yaradılan ilk 10 nəfərdən biri olub:

“25 il ərzində bu partiyaya çox böyk xidmətlər göstərib. Özünün yaratdığı mətbuat orqanları vasitəsi ilə çox böyük dəstək olub. İsa Qəmbərin prezident olması üçün çox əziyyətlər çəkib, türmə həyatı yaşayıb, döyülüb, təhqir olunub. Ancaq sonda bəlli oldu ki, İsa Qəmbər və Müsavat partiyası bu insanlara çox laqeyd yanaşdılar və insanların gəldiyi yola belə heç bir əhəmiyyət vermədilər. Bəlli oldu ki, Müsavat rəhbərliyi çox dəyaz və naşükür imiş. Bu insanların əziyyətini itirənlərə bu addan başqa bir söz deyə bilmirəm”. (moderator.az)

İnterpress.az