Hacıqabul icra başcısı Əhməd Muxtarov ifşa edildibackend

Hacıqabul icra başcısı Əhməd Muxtarov ifşa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup rayon sakini tərəfindən oyanis.com elektron ünvanına göndərilmiş şikayət məktubunda bildirilir ki, icra başçısı Əhməd Muxtarov rayonda dözülməz atmosfer yaradıb: “Hacıqabul rayonunda həyat şərtləri çox ağırdır. Onsuz da maddi sıxıntılar içərisində olan Hacıqabulda bütün gəlirli sahələrin icra başçısına yaxın şəxslər tərəfindən nəzarətə götürülməsi isə vəziyyəti bir qədər də dramatikləşdirir. Hacıqabulda sahibkarlara qayğıdan söhbət belə gedə bilməz, heç sahibkarlar yerli rəhbərlikdən hansısa qayğı da gözləmir. Onların ən böyük arzusu icra başçısının onların işinə müdaxiə etməməsidir-belə olarsa bunu ən böyük qayğı kimi qəbul edərik”.

Daxil olan məlumatda daha sonra bildirilir ki, Əhməd Muxtarov sahibkarlardan və iş adamlarından abadlıq bəhanəsi ilə vəsait tələb edir. Onlardan toplanan vəsait hesabına görülən kosmetik işləri isə yuxarı dairələrə şişirdilmiş formada təqdim edir:
“Məsələn, bir müddət öncə rayonun M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov və İ.Qayıbov küçələrinə sahibkarların daxili imkanları hesabına qum-çınqıl qarışığı verilib.

Necə deyərlər, adıçəkilən küçələrdəki çökəkliklər qum-çınqılla doldurulub. Amma icra başçısı “yuxarılar”a guya adıçəkilən küçələrdə ciddi asfaltlama işlərinin görülməsi haqda saxta məlumatlar verir. Reallıqda isə asfalt bütün küçələrə çəkilməyib, çəkilən küçələrdə isə asfalt qatının keyfiyyətindən söhbət gedə bilməz”.
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

İnterpress.az