ABŞ İrana gizli yolla 400 milyon pul göndəribbackend

ABŞ İrana gizli yolla 400 milyon pul göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin vəsait İranda həbsdə saxlanılanlar jurnalist Ceyson Rezayana, Soeda Abedini, hərbçilər Amir Hikməti və Nosratulla Xosrauinin azad olunması üçün ödənilib.

“The Wall Street Journal”ın yazdığına görə, yük təyyarəsində yollanan pulu Amerika hökumətinə İsveçrə və Hollandiya bankları veriblər.

ABŞ-ın rəsmi vəzifəli şəxsləri İranda həbsdə saxlanılan amerikalıların alınması faktını inkar edir – onların versiyasına görə, yollanılan vəsait 1979-cu ildə İrana silah göndərilməsi ilə bağlı razılaşmanın pozulmasından sonrakı mübahisəni Tehranla həll etmək üçün ABŞ-ın Tehrana olan borcunun birinci hissəsini (1,7 milyard dollar) təşkil edib. Dörd amerikalının pul gətirən təyyarənin eyni gündə Tehran hava limanına enməsi ilə İran hakimiyyətinin azad etməsini isə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi təsadüf adlandırıb.

Bu il yanvarın 16-da ABŞ həbsdə saxlanılan bu ölkə vətəndaşlarının dəyişdirilməsi ilə bağlı İranla razılıq əldə olunduğunu elan edib. İran hakimiyyəti ikili vətəndaşlıqları olan 5, ABŞ isə cavab olaraq 7 iranlını azad edib.

İnterpress.az