Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin məlumatına görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.
İnterpress.az