Şamaxıdakı faciənin təffərüatlarıbackend

Şamaxıdakı faciənin təffərüatları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisənin təffərüatlarını öyrədik. Belə ki, qız hörümçəyin bir növü olan qara qurdun sancması ilə zəhərlənib.
1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, qara qurdun sancmasından sonra 14 yaşlı Ruqiyyə Adıgözəlova təcili olaraq Şamaxı Mərkəzi Xəstəxanasına çatdırılıb və ona zərdab vurulub, lazımı tədbirlər görülüb:

`Lakin xəstənin vəziyyəti pisləşdiyindən həkimlər təcili olaraq qərar verib və onu bizə göndəriblər. Ruqiyyə Bakıya gələn kimi zərdab vuruldu. Lakin xəstənin ağciyərlərində problem var idi və ürək çatışmazlığı müşahidə edilirdi. Bütün görülən tədbirlərə baxmayaraq xəstəni itirdik`.

A.Maqsudov qeyd edib ki, xəstə Şamaxıda xəstəxanada olarkən daha bir zərdab vurulsaydı, bəlkə nəticə fərqli olardı:

“Orada xəstəyə zərdab vurulub, bir az daha qalıb, ikinci zərdab vurulsaydı bəlkə nəticə fərqli olardı. Xəstənin vəziyyətinin pisləşdiyini görən həkimlər tələsik qərar verib və onu Bakıya göndəriblər. Bizə çatan kimi zərdabı vurduq. Lakin burada vaxtın uzanması oldu”.

Şöbə müdiri qara qurd sancması zamanı xəstəni həkimə çatdırana qədər diqqət olmalı məqamları da açıqlayıb: “ Qara qurd sancması zamanı həkimdən öncə xəstə hərəkətsiz vəziyyətdə olmalı, yaranı yod məhlulu ilə işləmək, buz qoymaq və həkimə çatdırıb qara qurd zəhərinə qarşı zərdab vurdurmaq lazımdır”. (hürriyət.az)

İnterpress.az