Fətullah Gülənin imam elan etdiyi kassası həbs edildi-VİDEObackend

Fətullah Gülənin imam elan etdiyi kassası həbs edildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin hüquq-mühafizə orqanları Fətullah Gülənə yaxın təhsil və tikinti şirkətlərinin pullarını idarə edən iş adamı Murat Kılıçı həbs edib.

İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinin gerçəkləşdirdiyi əməliyyatda 50 milyon TL-lik çek və istiqrazlarla yanaşı 3,5 milyon TL-nin üzərində nağd pul da ələ keçirilib.
Eyni zamanda Murat Kılıç və onun pullarını toplayan 4 kuryeri həbs olunub.

Qeyd edək ki, Fətullah Gülən onun şəbəkəsinin mühasibatını idarə edən Murat Kılıcı imam elan etmişdi.Həbs zamanı Murat Kılıcın üstündən Fətullah Gülənin öz şəbəkəsinin üzvlərinə payladığı 1 dollarlıq əskinas çıxıb. Ən maraqlısı odur ki, Murat Kılıcın üstündəki 1 dollarlıq əskinasın üstündə onun öz şəkli əks olunub.
İnterpress.azhttps://youtube.com/watch?v=n91Ckn-XffQhttps://youtube.com/watch?v=MJ15e6_yB70