Sirr deyil ki, müxtəlif xeyriyyə fəaliyyətləri ilə özünü sığortalayan Gülənçilər təhsil və ticarət sektorunda böyük sərmayəyə sahibdir.
Azərbaycanda Gülən tərəfdarlarının lisey, kurs və universitetləri bağlansa da, biznes mühitindəki mövqelərini xeyli dərəcədə qorumaqdadırlar.
Azərbaycanda Fətullah Gülənə yaxın olduğu güman olunan şirkətlərdən biri də \”Yıldız Elektrik, Mühəndislik və İnşaat” MMC-dir.
Həmin şirkətin rəsmi saytı da fəaliyyət göstərsə də, maraqlıdır ki, internet resursunun tam şəkildə Azərbaycan dilli versiyası yoxdur. Bu da həmin şirkətin \”Türkiyə mənşəli” olmasını düşünməyə əsas verən ilk zahiri əlamətdir.
Şirkətin saytından məlum olur ki, \”Yıldız Elektrik, Mühəndislik və İnşaat” MMC \”Türkiyə və digər ölkələrdə istehsal olunan keyfiyyətli və dünya standartlarına cavab verən elektrik mallarının Azərbaycanda satışını təşkil edir.
Ölkəmizin elektrik bazarını keyfiyyətli mallarla təmin edir. Ticari fəaliyyət müddəti boyunca bir cox Türkiyəli şirkətlərin (Vi-Ko, T-Plast, Teltex, Carkıt, Öncü Güvenlik və s.) rəsmi distribütoru olaraq özünü təsdiq edən MMC ölkənin ən fəal ticarət müəssisələrindən biridir”.
Hazırda tikinti sektorunda da fəaliyyət göstərən şirkətin Gülən camaatına bağlılığına güman yaradan əsas cəhət isə məhz VİKO brendidir.
Bu brend 1966-cı ildə Viktor Kohen tərəfindən yaradılıb və 1980-ci ildə Fətullah Gülənə yaxın isimlər tərəfindən satın alınaraq Türkiyəyə gətirilib. Hətta bir müddət \”VİKONUR” şəklində bazara çıxarılıb.
2013-cü ildə dünyaca məşhur Panasonic şirkəti 460 milyon dollar ödəyərək VİKO brendinə ortaq olub.
Türkiyənin ən böyük 500 şirkətindən biri olan VİKO-nun Fətullah Gülənə bağlı olduğu və onun vasitəsi ilə yeni türk dövlətlərinə ayaq açdığı barədə Türkiyə mətbuatında dəfələrlə yazılıb.
Vergilər Nazirliyinin rəsmi saytındakı açıq məlumatlara görə, \”Yıldız Elektrik, Mühəndislik və İnşaat” MMC 10.08.2007-ci ildə qeydiyyatdan keçib və onun qanuni təmsilçisi Vəliyev Səyyad Savalan oğludur.(tezi)
İnterpress.az