Səddamın sarayı darmadağın edildi – VİDEObackend

Səddamın sarayı darmadağın edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən RAF arsenalındakı ən ağır və ən böyük aviabombalardan istifadə edərək İŞİD-in Mosul şəhərindəki idaretmə mərkəzi ilə qərargahını viran qoyub. İŞİD-in qərargahı İraqın mərhum prezidenti Səddam Hüseynin sarayında yerləşirdi.

Bu saray 1994-cü ildə inşa olunmuşdu. Sarayda idarəetmə mərkəzi və qərargahla yanaşı, İŞİD-ə qatılmış xarici ölkə vətəndaşlarının terror təlimi keçdikləri düşərgə də vardı. RAF 2 \”Tornado\” qırıcı-bombardmançı təyyarəsinin pilotları saraya hər biri 907 kiloqram ağırlığında \”Enhanced Paveway III\” aviabombaları atıblar.

Bu aviabombalar bunkerləri və yeraltı istehkamları darmadağın etmək gücünə malik olduğu üçün \”Bunker buster\” adlandırılır. (milli.az)

İnterpress.azhttps://youtube.com/watch?v=S86qRsz74Eg