Azadlıq parkında yaşanan ailə dramıbackend

Azadlıq parkında yaşanan ailə dramı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Qaynım zəng elədi ki, başdaşı hazırdır, pulunu ödəmək lazımdır.

Mən də evi satıb, pulu ödədim. Axı pul gələndə xərclənir\” — deyən Adil həmin pulun bir hissəsi ilə borclarını ödəyir, yerdə qalan 8 min manat pulu isə Binəqədidə \”maklerlik\”lə məşğul olan Səlimə verir. Makler Adilə söz verir ki, 2 aya ona kiçik bir ev tikib verəcək. Adil bu müddətdə kirayədə qalır. Dediyinə görə, parkdakı \”ayaqyolunda\” çalışıb, evin kirayə haqqını verirmiş.\”

Adil həyat yoldaşı ilə də elə burada — Azadlıq parkında, tualetdə işlədiyi vaxtlarda tanış olub: \”Burada işləyirdim. Fikir verirdim ki, bu qadın, təkdir. Parkda qalır. Bir iki dəfə söhbət etdim. Ürəyim ağrıdı. Dedim mən də təkəm, o da. Onu tək buraxmaq olmaz. Bu qadın da Qazaxdan idi. Ara-sıra söhbətləşirdik. Gəldim qızıma dedim ki, \”bir yaxşı qadın var, ailə qurmaq istəyirəm\”. Qızım narazı idi. Axırıncı dəfə gəldim parka, gördüm yenə tək oturub, özü də xəstə idi. Dedim \”gözlə gəlirəm\”. Gəldim kirayə qaldığımız evə, qızıma dedim ki, mən onunla evlənəcəyəm. Və Məhəbbəti gətirdim kirayə qaldığımız evə\”.

Bu əsnada Məhəbbət də söhbətə qoşulur. Deyir ki, ailə həyatı qursa da, övladı olmadığı üçün həyat yoldaşı onu boşayır. O da Bakıya gəlib işləməyə başlayır: \”Dayımqızıgildə qalırdım. Ayağım ağrıyırdı. Apardılar məni həkimə. Həkim dedi ki, ayağının barmağını kəsmək lazımdır və kəsdi. Bütün əşyalarım qaldı dayımqızıgildə. Xəstəxanadan çıxandan sonra o məni qəbul eləmədi. Əşyalarımı da vermədi. İki-üç adyal götürüb çıxdım evdən. Başladım parkda qalmağa və orada da Adillə tanış oldum\”.

Məhəbbət danışır ki, istər Qazaxda olan qohumları, istər Bakıdakı qohumları ona sahib çıxmasa da, Adil ona sahib çıxır. İndi Adil xəstədir, ona görə Adili buraxmır, onun qayğısına qalır.

Adil ikinci dəfə ailə həyatı qurduqdan sonra buna razı olmayan qızı evdən qaçır: \”Aprelin 11-i mən Məhəbbəti evə gətirdim. Mayın 9-u axşam evdən məktub tapdıq. Qızım yazmışdı ki, \”mən gedirəm, daha bu evdə qala bilmirəm\”. Sonradan bildim ki, ailə həyatı qurub.\”

Bundan sonra Adil xəstələnir. 6 saylı xəstəxanada bir həftəyə yaxın reanimasiyada qalır: \”Orada Vahid doktor mənə çox yaxşı baxırdı. Nə lazımsa, hər şey etdi ki, mən ölməyim. Xəstə olanda həkim qızıma zəng elədi ki, \”atanın vəziyyəti ağırdır, gəl gör\”, gəlmədi. Sonra xəstəxanadan çıxdım və işləyə bilmədim. Qaldım küçələrdə.\”

Məhəbbət Adilin qızı ilə yaxşı münasibətdə olduğunu deyir: \”Aramızda heç bir problem olmamışdı. Uşaq idi. 21 yaşı vardı. İşləyirdi. Səhər işə axşam evə. Ağıllı qız idi. Niyə getdi, nə oldu, hələ də anlaya bilmirəm\”.

Adil danışır ki, ona borclu maklerdən 4-cü Polis Bölməsinə şikayət də edib. Ancaq makler yaxın günlərdə ona pulunu qaytaracağını deyib. Adil isə o \”yaxın gün\”ü səbirsizliklə gözləyir. Deyir ki, pulunu ala bilsə, heç olmasa kirayə bir ev tutar. Yenidən ailəsini bir damın altına yığar.

İndi Məhəbbətlə Adil Azadlıq parkında yaşayırlar. Məhəbbət öz evindəki kimi Adilə qulluq edir. Yaxınlıqdakı kafelərdən verilən yemək və çayla dolanan ailə ümid edir ki, nə vaxtsa öz evləri olacaq. Onlar da hamı kimi öz evlərində yaşayacaqlar. Bu da bir insan taleyidir, bəlkə öz məsuliyyətsizliyindən, bəlkə də insanlara həddən artıq etibar etdiyindən parkda yaşamağa məcbur olan bir insanın taleyi… (sputnik)

Azadlıq parkında yaşanan ailə dramı

Azadlıq parkında yaşanan ailə dramı

Azadlıq parkında yaşanan ailə dramı

Azadlıq parkında yaşanan ailə dramı

İnterpress.az