Cazibədar rus qızı Tailandda niyə həbs edilib?backend

Cazibədar rus qızı Tailandda niyə həbs edilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Daily Telegraph” qəzetində Endryu Marşal yazır ki, “Özbəkistanda doğulmuş cazibədar rus qızı” tropik cənnət kurortlarından birində Amerika xəfiyyələri tərəfindən yaxalanıb.
25 yaşlı Olqa Komovanın, adamların bank hesablarından milyonlarla dollar əmanətlərini oğurlamış beynəlxalq kriminal sindikatın əsas oyunçularından biri olduğu xəbər verilib.
Məqalədə deyilir ki, Olqa ötən ay Tailandda resepsiyonçu işlədiyi 4 ulduzlu Cove Koh Chang otelində həbs edilib.

“The Daily Telegraph” yazır ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) qızı Britaniya və ABŞ-ın bank hesablarından 30 milyon dolları oğurlamış Rusiya haker şəbəkəsinə kömək etməkdə ittiham edir.
Məqalədə deyilir ki, otel qonaqlarının “səriştəli və peşəkar” işçi kimi təriflədikləri Olqa oğuqrlanmış pulların yatırılması üçün əlində olan bank və kredit kartları ilə ikili həyat yaşayırmış.

Ukrainski
Xəbər verilir ki, Olqa Komova iyulun 21-də Tailand polisi tərəfindən, 44 yaşlı rusiyalı Dmitri Ukrainski ilə ilə birlikdə həbs edilib.
Ukrainski Patayyada turistlər üçün bir neçə yaxta biznesinə sahib imiş və deyilənlərə görə Komovanın atası ilə dostluq edirmiş.
“The Telegraph” yazır ki, Amerikanın bank hesablarından hakerliklə köçürülən pulları iki il müddətində izləyən FTB agentləri pulların bu iki nəfərə məxsus 40-dək bank hesabına axdığını aşkar ediblər.
Məqalədə deyilir ki, cinayətkar şəbəkə Britaniya, ABŞ, Avstraliya, İtaliya, Almaniya və Yaponiyada yaşayan 50-dək əmanətçinin hesabına müdaxilə edibmiş.

Rusiya etiraz edir
Xəbər verilir ki, Daşkənd şəhərində doğulmuş Olqa Komova ali məktəbdə xarici dil təhsili aldıqdan dərhal sonra Tailanda köçübmüş. Onun LinkedIn profilindən bəlli olur ki, Olqa əmək fəaliyyətinə kurort şəhəri Pattyada turist bələdçisi kimi başlayıb, daha sonra isə
Seyşel adalarındakı dəbdəbəli kurortlardan birinə işə düzəlib. Bu da bildirilir ki, həbs olunanlar onlara qarşı ittihamları rədd edirlər.
Tailand turizm polisinin başçısı Surachet Hakpal deyib ki, Komova və Ukrainskinin mühakimə olunmaq üçün ABŞ-a ekstradisiya ediləcəkləri gözlənilir.
Buna baxmayaraq, Rusiya Ukrainskinin deporatsiyasını önləmək məqsədilə diplomatik kampaniyaya başlayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya vətəndaşının ABŞ-a ekstradisiyasını qanunsuz adlandırıb. ABŞ Dövlət Departamentinin məlumatına görə Tailand dünyanın çirkli pulları yuyan ən böyük qovşaqlarından biri sayılır (bbc)

İnterpress.az