Aksiyaçılar şəhər ətrafındakı yoları bağlayıblar. Olimpiya məşəli estafetinin sonuncu mərhələsi həmin ərazidən keçməli imiş. Amma məşəl Rioya çatdırılan gün, həmin ərazidə etiraz aksiyası keçirilib və təşkilatçılar marşurutu dəyişməli olublar.Buna görə məşəl başqa yerə aparılıb və 1 saat gecikmə olub.
Yerli mətbuatın yazdığına görə, aksiyada müəllim və tələbələr də daxil olmaqla 200-dək adam iştirak edib. Onların əllərində həmkarlar ittifaqının bayraqları olub.
Əməkhaqlarının keçikdirilməsindən gileylənən aksiyaçılar, böhran vaxtı olimpiya oyunları keçirilməsinə etiraz ediblər. Hakimiyyət isə deyir ki, olimpiada şəhərin xeyirinə olacaq və özündən sonra idman obyektləri və ictimai nəqliyat üçün yeni sistem qoyub gedəcək. (azadlıq radiosu)
İnterpress.az