Qurbanqulu Berdımuxamedov Oğuz xan barədə kitab yazırbackend

Qurbanqulu Berdımuxamedov Oğuz xan barədə kitab yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident onlarla kitabın müəllifidir, onlardan beşi bu il nəşr edilib. Kitablardan biri türkmən millətinin formalaşması tarixinə, türk xalqlarının əfsanəvi əcdadı Oğuzxana həsr edilib. Digəri isə türkmən xalqının sülhsevərliyinə, mənəvi bənzərsizliyinə və tolerantlığına, dövlətçiliyin türkmən modelinə həsr olunub.

Türkmənistan prezidenti iyulun 25-dən məzuniyyətdədir. Bu ilin əvvəlindən bəri dövlət başçısının beş kitabı işıq üzü görüb. Yanvarda atalar sözləri və məsəllər, martda çayların şəfası, apreldə Axalteke atları, mayda türkmən xalçaçılığı barədə kitablar, iyulda isə “Türkmənistanın dərman birkiləri” seriyasından səkkizinci cild nəşr edilib. Kitablar bir sıra xarici dillərə tərcümə edilib. (hurriyyet.org)

İnterpress.az