Bu il Bakıya üz tutan turistlər arasında Ərəbistandan və İrandan gələn qonaqlarımız üstünlük təşkil edir. Şəhərdə gəzən turistlər arasında hər 10 nəfərdən 7-8-i iranlı və ərəblidir. Bəs görəsən ərəbli və iranlı turistlər yalnız Bakıda istirahət etməklə kifayətlənir? Onlar arasında regionlara üz tutanlar varmı?
Mövzuya rəsmi münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirir ki, 2016-ci ilin ilk 6 ayına diqqət etsək ölkəmizə gələn turistlərin sayı xüsusən ərəb ölkələrindn gənlərin sayı artmaqdadadır:
“ Buna nümunə olaraq, İraq, Küveyt, İordaniya Səudiyyə Ərəbistanı, Qatarı misal gətirmək olar. Eyni zamanda Rusiya və bir neçə MDB ölkələri və İrandan gələn turistlərin sayı artır. Bunu həm şəhərin mərkəzində həm də regionlarda müşahidə etmək münkündür. Əcənəbi turistlər daha çox Quba, Xaşmaz, Şəki kimi şəhər və regionlarımıza istirahət etməyə üstünlük verirlər\”.
Gülşanə Mustafayeva[/b]
[b]İnterpress.az