Bir qrup inanclı şəxsə hökm oxunubbackend

Bir qrup inanclı şəxsə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dindarların 10-30 sutka həbsdən sonra azad olmalarına baxmayaraq, onlara yenidən cinayət işi açılıb. İslamazeri xəbər verir ki, Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə dindarlara hökm oxunub. İttiham olunan 6 şəxs – Rzayev Sahil Xalid oğlu (6 il 5 ay 15 gün), Vəliyev Niftəli Əşrəf oğlu (5 il 11 ay 10 gün), Əliyev Anar Yusif oğlu (5 il 11 ay), Bünyadov Elvin Hatif oğlu (6 il 1 ay 15 gün), Əhmədov Lətif Süleyman oğlu (5 il 11 ay 20 gün) və Osmanov Teymur Adilxan oğlu (5 il 11 ay 15 gün) azadlıqdan məhrum ediliblər.

Dindarlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar. Həbs olunanlar ittihamları qəbul etmir və özlərini təqsirsiz hesab edirlər. (abzas.net)

İnterpress.az