İnterpress.az xəbər verir ki, “Luxurylaunches” nəşrinin yaydığı məlumatda bildirilir ki, onun əsas özəlliyi hava durumunu öncədən deyə bilməsidir.
Bu cihaz XVIII əsrdə Böyük Britaniyada yaşamış kommersant və ixtiraçı Conas Henveyin şərəfinə “Jonas” adlandırılıb. Onun niyə məhz bu insanın şərəfinə adlandırıldığı hələlik məlum deyil.
Cihazı istifadə etmək üçün onun sahibi əvvəlcə çətiri smartfon və ya planşetlə sinxronlaşdırmalıdır. Bundan sonra çətir hava proqnozunun monitorinqini edəcək və əldə olunan məlumatları cihazlara ötürəcək.
Yeniliyi artıq avqust ayında 105 dollara ABŞ-da əldə etmək mümkün olacaq. Cihazı bir neçə variantda almaq mümkün olacaq. Onlar isə çətirin tutacağının rəngi və duzaynı il1ə fərqlənəcək. (lent.az)
İnterpress.az