İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, avqustun 2-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Kəmalə Xudatovanın evindən 15000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Lətif Məhərrəmov tutulub.
İnterpress.az