Ərdoğan yalnız Azərbaycan bayrağına izn verdibackend

Ərdoğan yalnız Azərbaycan bayrağına izn verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mətbuatı xəbər verir ki, Prezident sarayında baş tutan görüşdə Ərdoğan 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı fikirlərini bölüşüb:

“Bunlar Allahın adından istifadə edərək milləti aldatdılar. İndi hər şey aydınlaşır. Hələ ki, nöqtəni qoymamışıq. Bu, bir vergüldür, davam edəcəyik. Bütün milləti Demokratiya mitinqinə çağırıram. Baxçalının gələcəyi xəbərini aldıq, sağ olsun. Kılıçdaroğlunu da orda görmək istəyirəm.

İndi də deyirlər 14 avqustu gözləyin. Biz namərd deyilik, mərdik, mərd. Pensilvaniyadakı şarlatana inanır, dünyaları ilə birgə axirətlərini də məhv edirlər. Bizə şah damarımızdan da yaxın olan təkcə Allahdır.

Dedim, aksiyaya Türkiyə bayrağından başqa bir bayraq da gətirilməsin. Yəni tədbirdə dövlət bayrağımızdan kənar partiya, həmkarlar təşkilatları və s. heç bir bayrağın olmasını istəmirik. Ancaq Şimali Kipr Türk Respublikası və Azərbaycan bayrağı dalğalana bilər. Azərbaycan bizim ailəmizin üzvüdür”.

İnterpress.az