Bunu İnterpress.az-a açıqlamsında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Amerika Fətullah Güləni Türkiyəyə qaytara bilərmi? sualına cavab olaraq bildirib.
Bundan başqa, S. Rüstəmxanlı bildirib ki, Türkiyə ilə Amerikanın münsibətləri nə qədər səmimi olsa və ya əksinə olsa belə Amerikanın öz prinsipi və maraqları var. Bu məsələlər araşdırılmalıdır. F.Gülənin Türkiyəyə verilməsi Amerikanın maraqlarından aslıdır. Nə dərəcə də marağına uyğundur və ya uyğun deyil, bu nəzərə alınıb addım atılacaq. Fikrimcə beynəlxaq hüquqla yanaşı həm də Amerikanın maraqları böyük əhəmiyyət kəsb edəcək. Amerika dövlətlərarası münasibətlədən çox öz prinsipinii güdəcək. Bu proseslərdə Amerika ilə Türkiyə ilə münasibətlərini soyuda biləcək tarixi münasibətlərini pozacaq, zərər gətirəcək bir sıra bəyanatlar səsələnib. Bu çevriliş ideyasının Amerika tərəfindən edilməsi ideyası aydınlaşmalıdır”.
Hadisələr necə inkişaf edəckək ki, və ya nə baş verməldir ki, həqiqət üzə çıxsın? sualına şərh verən partiya sədri bildirir ki, yəni ki, nə qədər generallar həbs olunub bunların çoxu NATO- ilə əlaqəsi olan adamlardır: Türk ordusu NATO ilə əlaqədardır. NATO üzvü olan bir ölkədir. Türk ordusunun güclü hissəsini NATO təşkil edir:
“ Bu məslədə NATO-nun xəbəri olub-olmaması, Ameriknın iştirakı bütün bu məsələr aydınlaşmalıdır. Əslində mən güman etmirəm ki, tək Fətullah Gülən ya da ki, çevriliş məsələsinə görə, Türkiyə Amerika münasibətləri köklü şəkildə pozulsun. Çünki hadislər göstərir ki, təkcə Fətullah Gülən, ordu yox, həm də indiki hakimiyyət Amerika ilə sıx əlaqəlidir. Şübhəsiz ki, bu əlaqələrin məsələyə təsiri olacaq”.
Gülşanə Mustafayeva
İnterpress.az