Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyası hökmünə görə, Z.Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Z.Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. (femida.az)
İnterpress.az