Məlumata görə, rəsmi Vaşinqtonun Fətullah Gülənlə bağlı sübutların təqdim edilməsi tələbindən sonra onu təhvil verə biləcəklərini açıqlamasının ardından vaizlə bağlı 85 qutu sənəd okeanın o tayına göndərilib. “Washington Post”un xəbərinə görə, 77 yaşlı Fətullah Gülənlə bağlı ifşaedici materiallar Ankaradan təyyarə ilə yola salınıb. Bu sənədlərdə Gülən camaatı təşkilatının Türkiyənin dövlət strukturlarına necə sızması detalları ilə göstərilib.
Qeyd edək ki, Fətullah Gülən ABŞ-a 1999-cu ildə köçüb və bu ölkəyə həmin vaxt turist vizası ilə daxil olub. Daha sonra CİA əməkdaşı Qraham Füllerin dəstək məktubu ilə Gülənə yaşamaq icazəsi verilib. (virtualaz.org)
İnterpress.az