Həyat yoldaşının Onagava sahilində bir bankda çalışdığını deyən Takamatsu 9 bal gücündəki zəlzələdən dərhal sonra qızını və həyat yoldaşını tapmağa çalışır. Yasuo qısa müddət sonra qızının yaxşı olduğunu öyrənir, ancaq həyat yoldaşını tapa bilmir.
Hadisədən sonra bir axtarış-xilasetmə qrupundan dənizin dibində üzmə dərsləri alan Takamatsu hadisədən sonra hər gün itkin düşmüş arvadını axtarır.
Yas uohər gün eyni yerdən, bəzən də müxtəlif sahillərdən dənizin dibinə dalır axtarış aparır.
Yasuo bu müddətdə arvadı Yuko ilə eyni bankda çalışan qızını itirmiş Masaaki Narita adlı bir şəxslə də əlaqə yaradıb. Narita da qızını axtarmağa başlayıb. Ümidlərini itirməyən bu iki şəxs fəlakətdən beş il keçməsinə baxmayaraq hələ də dənizdəki axtarışlarını davam etdirirlər. (moderator.az)
İnterpress.az