Bunu Gürcüstan mətbuatına açıqlamasında ekspert Tornike Şaraşenidze söyləyib. Onun sözlərinə görə, Rusiya daha çox 2012-ci ildən sonra Tiflislə Moskva arasında yaranan prosesin davam etdirilməsində maraqlıdır:
“Biz Rusiya üçün problem yaratmırıq. Əgər Rusiya Saakaşvilinin geri dönüşünü hiss etməsə, seçkiyə də müdaxilə etməyəcək. Saakaşvilinin partiyası qalib olsa belə, o, bizi maksimum bir neçə dəfə şantaj edəcək”.
Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkisi baş tutacaq.
İnterpress.az