İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qazaxıstan dövlət çevrilişi cəhdinin ardından Türkiyənin tələbinin əksinə, Fetullahçı Terror Təşkilatına məxsus məktəbləri bağlamayacağını bildirib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Nursultan Nazarbayevi Külliyedə rəsmi mərasimlə qarşılayacaq. Geniş tərkibdə və təkbətək keçirilən görüşlərdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı öyrənilib.
Ərdoğanın Qazaxıstan prezidenti Nazarbayevə Fetullahçı Terror Təşkilatına məxsus məktəbləri bağlamama qərarından duyulan narahatlığı çatdırması gözlənilir.
Təşkilata aid Qazax Türk liseyi adı ilə 27 ədəd məktəb olan Qazaxıstanda, təhsil və elm nazirliyi məktəblərin bağlanması tələbini rədd edib.
İnterpress.az