Həftədə 3- dəfə yox, 4 dəfə də Batumiyə avtobuslar hərəkət edə bilər-RƏSMİbackend

Həftədə 3- dəfə yox, 4 dəfə də Batumiyə avtobuslar hərəkət edə bilər-RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-ın avtobusla ölkə daxilinə üz tutanlar üstünlük təşkil edir, yoxsa xaricə gedənlər? sualına cavab olaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Məhəmməd Abdullayev bildirib.

Ölkə daxili daşınmanın üstünlük təşkil etdiyini deyən M.Abdullayev avtobusla xaricə gedənlərin də az olmadığını qeyd edib:

“Bilirsiz ki, Gürcüstan, Türkiyə və İrana reyslərimiz var. Bu yaxınlarda da Batumiyə yeni reyslər açıldı. Həftədə 3 dəfə iki mərtəbəli 200-150 nəfər tutumlu avtobuslar Batumiye yola düşür. Bu şəhərə təlabat çox olduğu üçün əlavə olaraq avqustun 8-də 45 nəfər tutumlu avtobus yola düşəcək. Təlabat belə çox olarsa həftədə 3- dəfə yox, 4 dəfə Batumiyə avtobuslar hərəkət edər bilər. Gün ərzində beynəlxalq daşınmada 600-700 sərnişin daşıyırıq. Qeyd edim ki, Gürcüstan və Türkiyəyə təlabat çox olsa da İrana təlabat azdır”.

Gülşanə Mustafayeva
İnterpress.az