Yavərinin xəyanət etmədiyi yeganə komandanbackend

Yavərinin xəyanət etmədiyi yeganə komandan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu səbəbdən komandan istintaqa ifadə verməyib. Əldə olunan məlumata görə, admiral həmin gecə yaxın qərargah zabitləri ilə hadisələri analiz edib, telefon danışıqlarını qeydə alıb, mühüm tapşırıqlar verib. Bostanoğlu çevrilişə cəhdi saat 22:23-də Yaşılköydə öyrənib.

Ancaq onu girov götürmək üçün Ataköy sahilində qiyamçıların qayığı növbə tutub. Komandirin yavəri vəziyyətdən şübhələnərək Bostanoğlunun qayığa minməsinə imkan verməyib. Yavərinin sayəsində qiyamçılardan qurtulan Bostanoğlu Bakırköy bölgəsində bir neçə dəfə yer dəyişib. Yollar təhlükəli idi və gedəcəyi ən yaxın dəniz birliyində xuntaçılar ola bilərdi. Hətta qiyamçılar yerini təsbit etməsin deyə, iki saat telefonunu söndürüb. Bu zaman yavərinin telefonu ilə tapşırıqlar verib.

Bostanoğlu saat 01:17-də Müdafiə naziri Fikri İşığa zəng edib, “çevrilişlə mübarizə aparırıq, bunu FETÖ-çular edir, mən təhlükəsiz yerdəyəm”, – deyib.
Rəsmi məlumata görə, Bostanoğlu yavərinin telefonu ilə 77 dəqiqə ərzində 78 dəfə telefon danışığı reallaşdırıb. Öz telefonu ilə 80 dəqiqə ərzində 62 dəfə danışıb.

Bəs bu müddət ərzində nə baş vermişdi?

11 freqat, 5 korvet, 7 raketli gəmi və 24 döyüş gəmisi tam silahlanmış halda dənizə açılmışdı…
Bostanoğlu çox güvəndiyi iki komandirə zəng edib təlimat verib. Bir təlimatla 21 gəmi bazaya qayıdıb.

Telefon vasitəsi ilə bütün donanmanı idarə edən admiral səhər saat 9 radələrinə qədər tam nəzarəti ələ ala bilib. Bütün bunları isə həyat yoldaşı və övladı ilə bərabər şəxsi avtomobilində edib. Daha sonra Atatürk Hava Limanına gedən Bostanoğlu Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verdikdən sonra Ankaraya qayıdıb.
Xatırladaq ki, admiralın çevrilişə cəhd zamanı tutulmamaq üçün bütün gecəni küçələrdə keçirdiyi, sübh tezdən polis idarəsinə sığındığı deyilirdi.

İnterpress.az