Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmi cavanlaşdırır, qocalma prosesləri ləngidir.
Elmi araşdırmalar göstərib ki, şokolad ürək-damar sistemi və beyin üçün çox faydalıdır. Herontoloqlar (yaşlı insanların müalicəsi ilə məşğul olan mütəxəssislər) yaşlılara beyinin sağlamlığını qoqumaq üçün hər gün acı şokolad yeməyi tövsiyə edirlər. Acı şokolad Alsheymer xəstəliyinin inkişafının qarşısını alır.
Lakin şokoladın bəzi mənfi cəhətləri də var. Şokoladın bir çox növləri çox şirindir. Məlumdur ki, orqanizmdə qlükoza piyə çevrilir. Bu səbəbdən şokoladın həddindən artıq miqdarda qəbulu artıq çəkiyə səbəb ola bilər. Digər tərəfdən şokoladın çoxlu miqdarda qəbulu qanda şəkərin və xolesterinin səviyyəsini qaldırır. Gün ərzində 30 qr şokolad yemək olar.
Ən faydalı şokolad acı şokolad sayılır. Daha sonra südlü şokolad və ən sonda ağ şokolad gedir. (saglamolun.az)
İnterpress.az