Qan qrupu ilə bağlı yeni faktlar: 4 deyil, daha çoxdurbackend

Qan qrupu ilə bağlı yeni faktlar: 4 deyil, daha çoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qan qrupları bir birindən eritrositlərin (qan hüceyrələri) üzərində olan xüsusi zülallarla seçilir və alimlərin fikirinə görə bu zülallar fikirləşdiyimizdən daha çoxdur.
Yeni Langereis və Junior qan qrupları 2012-ci ildə, Vel qan qrupu isə 2013-cü ildə aşkar olunub. Qruplar pasiyentlərin adlarını daşıyır.

Bu qruplara aid olan insanların sayı dəqiq məlum deyil. Məsələn, Yaponiyada qan qrupu Langereis (-) olan 2500 nəfər insan yaşayır. Dünyanın müxtəlif yerlərində bu qan qrupu olan insanlar aşkar olunur. Həmçinin Yaponiyada Junior (-) qan qrupu olan 50.000 nəfər insan yaşayır. Bu qan qrupuna qaraçılar arasında da rast gəlinir.

Avropa və Amerikada 400.000-ə yaxın insan Vel (-) qan qrupuna aiddir.
Alimlərin fikrinə görə, yeni qan qruplarının aşkar olunması bir çox tibb problemləri həll etməyə imkan verəcək. (publika.az)

İnterpress.az